Elçin Behbudov: “O, ətraf mühitlə bütün əlaqəni kəsib”

Daxili İşlər Nazirliyinin sabiq əməliyyat müvəkkili, adam oğurluğunda və çoxsaylı qətllərdə təqsirli bilinərək ömürlük azadlıqdan məhrum edilən Hacı Məmmədovdan Elşad Abdullayevin açıqladığı videolarda adının hallanması ilə bağlı hər hansı şərh almaq mümkün olmayıb.
Modern.az bununla bağlı “paqonlu əcinnə”nin maraqlarını müdafiə edəcək vəkili tapa bilməyb. Araşdırmalardan sonra bəli olub ki, əvvəllər onun hüquqlarını məhkəmədə müdaifə etmiş vəkil Səməd Əliyev dünyasını dəyişib, sonradan yeni vəkil tutulmayıb.
İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinin sədri Elçin Behbudov
Modern.az-a deyib ki, vəkili Səməd Əliyev dünyasını dəyişəndən sonra Hacı Məmmədovdan hər hansı informasiya əldə etmək çətinləşib.
“Hacı Məmmədov heç kimlə görüşmək istəmir. Ətraf mühitlə bütün əlaqəni kəsib. Hətta yaxın qohumları ilə belə, görüşməkdən imtina edib. Uzun müddətdir ondan xəbər yoxdur”.
Hacı Məmmədovun yeni vəkilinin olub-olmaması isə hələ ki, məlum deyil.
Gültəkin Ələsgər