Modern.az

İsmayıllıdakı məşhur “Çıraq” otelini sökürlər - FOTO

İsmayıllıdakı məşhur “Çıraq” otelini sökürlər - FOTO

29 Yanvar 2013, 17:17

İsmayıllıda baş verən hadisələr zamanı yandırılan “Çıraq” otelini sökməyə başlayıblar. Modern.az xəbər verir ki, yanğın nəticəsində tamamilə yararsız vəziyyətə düşən otel söküldükdən sonra, onun yerində hansı obyektin tikiləcəyi haqda hələki məlumat verilməyib.

Qeyd edək ki, yanvarın 23-də İsmayıllıda baş verən məlum hadisələrdə əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun oğlu Vüqar Ələkbərova aid olduğu bildirilən “Çıraq” otel sakinlər tərəfindən yandırılıb.

Anar

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj