
ABŞ səfiri Riçard Morninqstar Azərbyacandakı son nümayişlərlə bağlı bəyanat yayıb. Modern.az səfirliyin rəsmi saytına istinadən bildirir, səfir zoraklğığı pisləyib. Bəyatanda bildirilir:
“Biz 24 yanvar tarixində Azərbaycanın İsmayıllı şəhərində insanların xəsarət alması, əmlakların dağıdılması, o cümlədən özəl otelin yandırılması və İcra Hakimiyyəti başçısının şəxsi evi və əmlakına zərər ilə nəticələnmiş ictimai iğtişaşlarla bağlı xəbərlər almışıq. Polis 26 yanvar tarixində Bakı şəhərində İsmayıllı sakinləri ilə həmrəylik nümayiş etdirmək üçün keçirilən nümayişi dağıtmış və onlarla nümayişçi saxlanılmışdır. Bu ayın əvvəlində Bakıda və şəhər ətrafında hakimiyyət nümayəndələrinin qanunazidd əməllərinə qarşı daha iki nümayiş keçirilmişdir. Bunlardan biri icarə haqlarının artırılmasına etiraz edən dükan sahibləri, digəri isə orduda qeyri-döyüş şəraitində baş vermiş ölüm hallarına etiraz edən vətəndaşlar tərəfindən keçirilmişdir. Polisin nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qaz və rezin güllələrdən istifadə etməsi barədə xəbər yayılmışdır.
Biz, İsmayıllıda baş vermiş zorakılığa görə təəssüf edirik. Eyni zamanda, biz qanuni şikayətləri təmin etmək üçün Azərbaycan hökuməti ilə vətəndaşlar arasında konstruktiv dialoqa və hökumət nümayəndələrini sərbəst toplaşmaq və ifadə azadlıqlarına hörmətlə yanaşmağa çağırırıq”.
Modern.az