Modern.az

İsmayıllıdan seçilən deputat: “Bölgədə vəziyyət yaxşıdır”

İsmayıllıdan seçilən deputat: “Bölgədə vəziyyət yaxşıdır”

Təhsil

29 Yanvar 2013, 18:36

“İsmayıllıda vəziyyət yaxşıdır. Heç bir problem yoxdur. Rayon sakinləri öz işindədir”. Bu sözləri Modern.az-a açıqlamasında İsmayıllıdan deputat seçilən Novruz Aslan deyib. Deputat bir neçə saat öncə İsmayıllıdan qayıtdığını bildirib:
“İcra başçısı bu gün hesabat iclası keçirdi. Hər şey öz qaydasındadır”.

Aksiyada həbs olunanlar bağlı məsələyə toxunan N.Aslan qeyd edib ki, həbs olunanlar barəsində hələ ki, məlumatlar gəlir.

“Hazırda istintaq gedir, orada insaların varidatına, mülkiyyətinə külli miqdarda ziyan dəyib. Azərbaycanda təlatüm, həyəcanlar yaşandı. Və bütün bunları araşdırmaq lazımdır ki, səbəbkar kimdir? Səbəbləri nədən ibarətdir? Səbəbləri araşdırmaq nəticəsində hüquq-mühafizə orqanları, İcra Hakimiyyəti, hökumət tərəfindən müvafiq addımlar atılır. Çünki bunlar normal bir prosesdir. Əgər hadisə baş verirsə, buna barmaqarası baxmaq olmaz. Və bu proses nəticəsində araşdırmalara yardımçı və köməkçi olmaq lazımdır”, – deyə N.Aslan vurğulayıb. 

Sevinc İltifatqızı  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!