Avropa Şurası Parlament Assambleyasının (AŞPA) baş karibi Jak-Klod Minyon hazırda həbsdə olan keçmiş səhiyyə naziri Əli İnsanovun məktubuna cavab verib. Modern.az “Turan” İA-ya istinadən bildirir ki, bu barədə Ə.İnsanovun vəkili Toğrul Babayev məlumat verib.
Minyon qeyd edir ki, Avropa İnsan Hüquqları Məhkəməsində onun işi diqqətlə izlənir və məhkəmədən verilən məlumata görə, yaxın günlərdə İnsanovun şikayəti üzrə qərar elan ediləcək.
İnsanov 2005-ci ilin oktyabrında dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunub. Sonradan o, iqtisadi cinayətlərə görə mühakimə olunub. İnsanov yerli və beynəlxalq hüquq-müdafiə təşkilatları tərəfindən siyasi məhbus kimi qəbul edilib.