Kamal Abdulla AYB-nin mükafatlandırma komissiyasının sədrliyindən istefa verdi. Bunun ardınca birliyin elan etdiyi ədəbi müsabiqəyə qatılan yazarlar bir-bir yarışmada iştirakdan imtina elədi. Belə ki, ilk olaraq ikinci mərhələyə keçənlərdən şair Aqşin Yenisey kitabını geri götürdü. Sonra Zakir Sadatlı və Şəhriyar del Gerani də eyni addımı atdılar. Ən maraqlı məqam isə bu gün uzun müddətdir ki, ədəbi aləmdə saç ağardan Azad Qaradərəlinin də müsaabiqədən imtina etməsi oldu. Nəsr nominasiyası üzrə çox az adam ikinci mərhələyə keçmişdi. Onlardan biri də Azad Qarardərəli idi.
Onun və başqalarının imtinası ilə bağlı mükafatlandırma komissiyasının yeni sədri, xalq yazıçısı Mövlud Süleymanlı Modern.az-a öz rəyini bildirib.
“Gediblərsə, özləri bilərlər mən nə edə bilərəm ki?! Bu məsələni kim necə istəyirsə, o cürə də yoza bilər. Azad Qaradərəli vaxtiilə mənim işçim olub. Yaxşı yazıçıdır. Amma o da başqalarına qoşulubsa, mən nə deyim!?” – deyə M. Süleymanlı qeyd edib