Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanda kiçik və orta biznes üçün davamlı kredit axınını təmin etmək məqsədilə, “Muğanbank” ASC-nin ölkə ticarətinə dəstək fəaliyyəti çərçivəsində Banka 6 milyon ABŞ dolları məbləğində maliyyə paketi təqdim edib.
AYİB-in maliyyə paketinə Azərbaycanda fəaliyyət göstərən mikro, kiçik və orta biznes üçün nəzərdə tutulmuş 5 milyon dollarlıq kredit xətti daxildir. Kredit xəttinin 3 milyon ABŞ dolları AZN-lə, 2 milyonu isə ABŞ dollarındadır. Həmçinin, “Ticarətə Yardım Proqramı” çərçivəsində ölkə ticarətinin maliyyələşdirilməsi məqsədilə “Muğanbank” ASC-yə əlavə olaraq 1 milyon ABŞ dolları həcmində kredit xətti ayrılacaq. Beləliklə, Bank üçün Ticarətə Yardım Proqramının ümumi vəsaiti 4 milyon ABŞ dollarına çatdıracaq. Yeni kredit xəttinin ayrılması ilə bağlı “Muğanbank” ASC-nin İdarə Heyətinin sədri Elmir Həsənov bildirib ki, Azərbaycanda gedən davamlı iqtisadi inkişaf prosesinin nəticəsi olaraq kiçik və orta biznesə kredit dəstəyinin aktuallığı artmaqdadır. Müvafiq kredit xəttinin yalnız Bankın iqtisadi maraqları çərçivəsində deyil, həmçinin makroiqtisadi baxımdan ölkə biznesi üçün çox faydalı olduğunu deyən Elmir Həsənov “Muğanbank” ASC-nin AYİB kimi mötəbər iqtisadi qurumla birgə iş çərçivəsində əldə etdiyi razılaşmanı Banka yuksək etibarın göstəricisi oldu
ğunu nəzərə çatdırıb.
Qeyd edək ki, AYİB-in vəsaiti “Muğanbank” ASC strategiyasının özəyi olanmikro,kiçik və orta biznesin kreditləşmə əməliyyatlarını davamlı olaraq maliyyələşdirmək, bununla da yerli sahibkarların kreditlərə olan yüksək tələbatına cavab vermək və Azərbaycan şirkətləri üçün ticarətin maliyyələşdirilməsi sahəsində imkankarın artırmasını təmin edəcək. AYİB dəstəyi nəticəsində əldə olunan maliyyə vəsaiti orta və uzun-müddətli kredit götürmüş yerli şirkətlərin investisiyaları və dövri kapitalının maliyyələşdirilməsi, həmçinin özəl biznesin beynəlxalq ticarət əməliyyatlarına zəmanət vermək məqsədilə istifadə olunacaq. AYİB ilə “Muğanbank” ASC arasında son illər aparılan əməkdaşlıq nəticəsində qurumun Banka ayırdığı kreditin həçmi 16 milyon ABŞ dollarına çatıb.
Azərbaycan maliyyə-bank sektorunun tanınmış qurumlarından olan “Muğanbank” ASC 1992-ci ildə fəaliyyə başlayıb. Bankın ölkə ərazisində 30 filialı və 4 şöbəsi müştərilərə hər növ bank məhsulları üzrə keyfiyyətli xidmət göstərir. “Muğanbank” ASC ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC) və ABŞ-ın World Business Capital (WBC) İnvestisiya Fondu kimi beynəlxalq iqtisadi qurumlarla aktiv əməkdaşlıq edir. İşgüzar əlaqələrin əsas məqsədi beynəlxalq kapital bazarından cəlb edilmiş maliyyə vəsaitlərinin yerləşdirilməsidir.