Modern.az

Ağ evin rəsmi saytında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müraciət üçün imza yığılır

Ağ evin rəsmi saytında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müraciət üçün imza yığılır

Təhsil

30 Yanvar 2013, 12:07

Azərbaycan vətəndaşı Hüseyn Paşayev yanvarın 23-də Ağ evin rəsmi saytında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müraciət yerləşdirib. Modern.az-a məsələ ilə bağlı H.Paşayev məlumat verib. Onun sözlərinə artıq müraciətə 4448 nəfər səs verib.

“Mən bu saytı təsadüfən gördüm. Ermənilər genosidlə bağlı sayta müraciət yerləşdirmişdilər. 1290-na yaxın səs toplamışdı. Onlar müraciətdə bildirmişdilər ki, artıq bu genosidi ABŞ-ın 42 şatatı tanıyıb. Amma prezident bunu soyqırım sözünü demir. Məndə maraqlandım  ki, bunu necə ediblər? Bu da çox sadədir. Whitehouse.gov saytında bu müraciəti yaratdım. Məndə bu müraiət yaratdım. Müraciətdə 800 simvoldan artıq yazmaq mümkün deyil. Ona görə məndə mümkün qədər qısa və ümumi şəkildə məlumat yazdım. Ermənistanın Azərbaycana vurduğu ziyan, BMT-nin qətnamələri, ABŞ-ın Minsk qrupunun həmsədri olmasını qeyd etdim. Müraciətin sonunda Heydər Əliyev Fondunun yaratdığı sayt var var, orada Dağlıq Qarabağla bağlı ingilis dilində bölmə var. Mən həmin linki müraciətə yerləşdirdim. Bundan sonra isə dostlarımızla bölüşdük. Müraciəti yanvarın 23-də yaratmışdım. Artıq 4448 səs yığıb. Amma müraciətə baxılması üçün 100.000 səs lazımdır”.

Hüseyn Paşayev bildirib ki, artıq 400 nəfərə yaxın ABŞ vətəndaşı müraciətə səs verib. “Maraqılısı odur ki, müracəti imzalayanlar arasında ABŞ vətəndaşları da var. 300-400 nəfərdən çox amerika vətəndaşı səs veriblər. Onun da görünür səbəbi ondan  ibarətdir ki, Qarabağla bağlı link onlara təsir edib”.

Müracətin ABŞ Konqresi tərəfindən yerləşdirilməsi ilə bağlı yazılan xəbərlərə H.Paşayev öz iradını bildirib. “Bəzi saytları oxuyuram. Deyirlər ki, guya bu müraciəti ABŞ Konrqesi yaradıb. Bunun nə əlaqəsi var axı onlarla?!”.

Hər kəsi səs verməyə çağıran Hüseyn Paşayev bildirib ki, əgər fevralın 23-nə qədər 100.000 səs toplansa ABŞ adminstrasiyası bu məsələni müzakirə edib, rəsmi cavab verəcək. “Onların şərti budur. Yəni mənə göndərdikləri email-də elə yazılmışdı. Ona görə də hər kəs bunu paylaşıb, səs verməlidir”.

Səs vermək üçün nə etmək lazımdır?

Qeyd edək ki, kimlərsə bu müraciətə dəstək vermək istəyirlərsə,//www.whitehouse.gov/petitions linkinə daxil olmalı və “Create an account”-u tıklamalıdırlar.

Bundan sonra e-mail adresinlərini ve özləri haqqında qısa informasiyanı yuxarıdakı link vasitəsilə yukləmələri lazımdır.

Sonra sayt sistemə daxil etdikləri e-mail adreslərinə məxfi söz göndərəcək və “Log In” tıklayaraq, onlar e-mail ve məxfi sözlərini  (emailinizə girib Password-nüzü öyrənin) yazmaqla sistemə daxil olacaqlar.

Həmçinin,  LOG İN edib sistemə daxil olduqdan sonra//petitions.whitehouse.gov/petition/pay-close-attention-nagorno-karabakh-conflict-20-azerbaijan-territory-was-occupied-armenian-military/mkKddcRt linkinə daxil olmaq, o cümlədən, SİGN tıklamaqla imza və səs vermək mümkündür.

Sevinc İltifatqızı

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!