“2013-cü il prezident seçkilərinə gedən yolda REAL hərəkatı cəmi bir neçə həftə sonra namizədliyimi elan etməyi düşünür. İldən-ilə oynanılan seçki tamaşasını nəzarətsiz fəaliyyətimizlə poza bilərik deyə, həmişəki oyunçuların gözündə ciddi əngələ çevrilmişik”.
Modern.az bildirir ki. bu barədə hərəkatn rəhbəri İlqar Məmmədov Baş Prokuroluğun İsmayıllı ilə bağlı rəsmi açıqlamasında adının qeyd olunmasını şərh edərkən bildirib.
Hərəkat sədri prokurorluğa cağırılmağının bir çox səbəbi olduğunu deyib. “Dünən təcili olaraq prokurorluğa çağırılmağımın bir neçə əsas səbəbi olsa da, İsmayıllıdakı mülkiyyətə dair srağagün yaydığım məlumatlar iqtidarın "cəzalandırmaq ya da qorxutmaq" qərarını sürətləndirib”.
Onun sözlərinə görə, faktları yaymağı, nazirliyin internet portalının bir hissəsinin dərhal qapadılması və İsmayıllı hadisələrinin birbaşa səbəbkarı kimi tanınan Vüqar Ələkbərovun Facebook hesabının dəqiqələr içində qapadılması ilə nəticələnib.
“İcazəsiz etirazlarda iştiraka görə heç bir əsası olmayan yüksək maddi cəza təyin olunmasına görə, parlament qanunu ilə bağlı bloqumda bilərəkdən Milli Məclisin institusional rolunu zooparka bənzədən yazı ilə çıxış etmişdim. Yazıya görə xeyli sayda deputat məni məhkəməyə verəcəyini demişdi, amma vaxt keçsə də, bunu edə bilmədilər. İndi bütün bunların hayıfını məndən almaq istəyirlər”.
Qeyd edək ki, dünən REAL Hərəkatının lideri İlqar Məmmədov prokurorluğa çağırılaraq dindirilib.