Son zamanlar Rusiyanın Azərbaycanda siyasi təsir imkanlarının artması ilə bağlı politoloq rəyləri səsləndirlir. Rusiyanın Xəzər dənizinə desant qüvvələrini yeritməsi planı, Ermənistanla hərbi əməkdaşlığı genişləndirməsi bu fikirləri söyləməyə əsas verir. Eyni zamanda Rüstəm İbrahimbəyovu və onun komandasını Rusiyanın maraqlarına xidmət etməkdə ittiham edirlər. Bununla yanaşı, İsmayıllıda baş verən olaylarda Rusiyanin izi olması ilə bağlı politoloq Qabil Hüseynli şərh verib. Bütün bunlar reallığı əks etdirirsə, Azərbaycana qarşı mümkün təhlükəyə çevrilə bilərmi? Bu, Azərbaycanın Avropa məkanına inteqrasiyasında maneə ola bilərmi?
Bununla bağlı
Modern.az-ın suallarını şərh edən millət vəkili Asim Mollazadə bildirdi ki, Azərbaycan üçün hər hansı təhlükə gözlənilmir.
”Çünki dövlətimiz müstəqil iqtisadi və siyasi qərar çıxarmaq imkanları bu şəraitin yaradılmasına .ərait yaratmayacaq.
Azərbaycanın müstəqil siyasət yürütmək və hərəkət etmək imkanları hər il artır. Avroatlantik sistemdə də Azərbaycanın Avropa enerji təhlükəsizliyindəki rolunu çox gözəl anlayırlar. Azərbaycanın bu istiqamətə inteqrasiya olunması təbii ki, kimlərisə qıcıqlandırır. Bunu nəzərə alan dairələrin təzyiqləri heç bir nəticə verməyəcək və uğursuzluğa düçür olacaq. Çünki dövlətimiz siyasi və iqtisadi müstəqilliyə malikdir. Rusiya ilə əlaqələr qonşuluq münasibətləri çərçivəsində inkişaf edir. İstər iqtisadi, istərsə də mədəni sahələrdə əməkdaşlıq edilir”.
Aqşin Kərimov