Yanvarın 12-da Bakıda keçirilmiş "Əsgər ölumünə son!" aksiyasında saxlanılan şəxslərin “5 qəpik” kampaniyası çərçivəsində cərimələrin ödənməsinə başlanıb. Müsbət Dəyişiklik Gənclər Hərəkatından Modern.az-a verilən məlumata görə, Nəsimi və Səbail məhkəmələri tərəfindən 28 nəfər cərimələnib.
Aralarında tələbələrin və bəzi patiya fəallarının olduğu 14 nəfərlik qrupun cərimələri bu gün qəpiklərlə ödənəcək. Ümumilikdə "Əsgər ölumünə son!" akiyasına görə, 6050 AZN məbləğində cərimə ödənəcək. Yerdə qalan digər partiya üzvləri və ictimai fəallardan ibarət 14 nəfər isə “Sərbəst toplaşmaq haqqında” qanuna edilmiş dəyişikliklərə etiraz əlaməti olaraq cəriməni ödəməkdən imtina edib. İmtina edilmiş məbləğ isə müxtəlif səbəblərdən orduda vəfat etmiş əsgərlərimizin ailələrinə ianə ediləcək. Ödəmə prosesi bu gün saat 14:00-da başlayacaq.
Kampaniyanın yekunları barədə ətraflı məlumat veriləcək.
Anar RÜSTƏMOV