“Hələlik ümumi fikirlər var ki, ipotekanın şərtləri yumşaldılmalı, faizlər aşağı salınmalıdır”. Bunu Modern.az-a millət vəkilli, Milli Məclisin Sosial siyasət Komitəsinin sədr müavini Musa Quliyev deyib. Deputat bildirib ki, ipoteka şərtlərinin yumşaldılması ilə bağlı məsələlərlə İqtisadi siyasət Komitəsi məşğul olur və müzakirələr də orda gedir. “Konkret bir söz deyə bilmərəm. Amma ümumi bir fikirlər var ki, ipotekanın şərtlərin yumşaldılmalı, faizlər aşağı salınmalı, ipoteka kreditlərinin verilmə müddəti uzadılmalıdır. Gənc ailələrə ola bilsin ki, ilkin ödəniş azaldılsın və ya heç olmasın. Bunlar barədə düşünürük. Amma hələlik əlimizdə konkret sənəd olmadığına görə dəqiq söz deyə bilmərik”.
Şahanə Rəhimli