Modern.az

Politoloq: “Con Kerri daha “ermənicə” danışa bilməyəcək” - ŞƏRH

Politoloq: “Con Kerri daha “ermənicə” danışa bilməyəcək” - ŞƏRH

Təhsil

30 Yanvar 2013, 14:13

Ermənipərəst mövqeyi ilə diqqət çəkən Con Kerri ABŞ dövlət katibi postuna təsdiq edilib. ABŞ-Azərbaycan münasibətlərində hər hansı dəyişikilik ola biləcəyini gözləmək olarmı?  Bu təyinatı  Modern.az-a şərh edən politoloq Qabil Hüseynli bildirib ki, regionda hazırkı siyasi vəziyyət ABŞ-ın Azərbaycana ehtiyacı çoxaldıır. Eyni zamanda bundan sonra Con Kerri ABŞ siyasi maraqlarının diqtəsi ilə fikir səsləndirəcək.

“Con Kerri ABŞ siyasi maraqlarının diqtəsi ilə fikir səsləndirəcək”  

“Cənubi Qafqazda elə bir situasiya formalaşır ki, ABŞ-ın Azərbaycana pozitiv münasibət bəsləməsinə ehtiyac çoxalır. “Nabukko” və “Tanap” layihələri işə düşəndən sonra Azərbaycanın əhəmiyyətinin artacağı gözlənilir. Bu yaxınlarda ABŞ dövlət katibinin köməkçilərindən biri Azərbaycana gəldi və iki ölkə arasında strateji əməkdaşlığı daha yüksək səviyyəyə qaldırmaq məsələləri müzakirə edildi. Bunun içərisində Azərbaycana silah satılması məsələsi də var idi”.  

“ABŞ-ın dövlət siyasətini Con Kerri təyin etmir, onu icra edir”
   

Siyasi ekspertin sözlərinə görə bundan sonra iki ölkə arasında münasibətlər daha da genişlənəcək. Bu, hərbi əməkdaşlıq sahələrini də əhatə edəcək. Con Kerrinin ermənipərəst olması ilə bağlı məsələləri təhlil edən politoloqun fikrincə, ABŞ-da  dövlət siyasətini dərin dövlət müəyyənləşdirir və Con Kerri də buna uyğun davranacaq.
“ABŞ dövlət siyasətini Con Kerri təyin etmir, onu icra edir. ABŞ kimi ölkələrdə dövlətin fundamental məsələlərə dair siyasətini “dərin dövlət” müəyyənləşdirir. Bəzən sənədləri direktiv şəkildə prezidentin qarşısına qoyurlar.   Politoloqun sözlərinə görə, prezident bunu korrektə və ya öz təkliflərini əlavə edə bilər. Dövlət katibi prezidentin və “dərin dövlət”in müəyyənləşdirdiyi siyasətin icraçısıdır.
“Dövlət katibi senator olanda ermənipərəstliyini nümayiş etdirə bilərdi. Ancaq bu vəzifədə ABŞ-ın maraqlarının tələbləri əsasında öz vəzifəsini icra edəcək. Ermənipərəst mövqeyi bu vəzifədə özünü doğrultmayacaq. Əks təqdirdə dövlət katibi postunda qala bilməz. Azərbaycanın da qərbə yönəlik inteqrasiya siyasəti dərinləşdikcə, ABŞ-la da münasibətləri yaxşılaşır”. 

Aqşin Kərimov        
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!