Modern.az

İsmayıllıda həbs edilən şəxslərin hər biri dövlət hesabına vəkillə təmin edilib

İsmayıllıda həbs edilən şəxslərin hər biri dövlət hesabına vəkillə təmin edilib

Təhsil

30 Yanvar 2013, 16:16

Ombudsmanın nümayəndələri İsmayıllı hadisələri zamanı saxlanılan şəxslərlə görüşüblər. Modern.az-a Ombudsman Aparatından verilən məlumata görə, onlar Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan 12 nəfər təqsirləndirilən şəxslə görüşüblər. Həmin şəxslər saxlanılma şəraiti və onlara qarşı rəftardan şikayət etməyiblər.

Görüş zamanı məlum olub ki, fakt üzrə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində 10 nəfərlə bağlı Cinayət Məcəlləsinin 186.2.1, 233 və 315.2-ci maddələri üzrə, 2-si ilə bağlı isə 221.2.1-ci maddəsi ilə cinayət işi başlanıb. Təqsirləndirilən şəxslərin hər biri dövlət hesabına vəkillə təmin edilib. Başçəkmə zamanı, həmçinin BMCMİ-nin Müvəqqəti saxlanılma yerinin yeni təmir edildiyi və müasir tələblərə tam cavab verdiyi məlum olub.

Müvəkkilin Baş Prokurorluğa müraciəti nəticəsində təqsirləndirilən şəxslərin öz seçdikləri vəkillə görüşməsi və onların müvəqqəti saxlanılma yerindən istintaq təcridxanasına köçürülməsinin təmin olunması üzrə tədbirlər görüldüyü bildirilib.

Gültəkin

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!