Modern.az

Elşad İskəndərov: “Belə fəaliyyət nəinki dini icmaların, dövlətçiliyimizin prinsipləri əleyhinədir”

Elşad İskəndərov: “Belə fəaliyyət nəinki dini icmaların, dövlətçiliyimizin prinsipləri əleyhinədir”

Təhsil

30 Yanvar 2013, 17:10

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov komitənin yenilənmiş saytının bugünkü təqdimat mərasimində çıxış edərkən bildirib ki, Azərbaycanda bəzi din xadimlərinin dini maarif səviyyəsi qənaətbəxş deyil.

E.İskəndərovun sözlərinə görə, Azərbaycanda bilikli, milli-mənəvi dəyərli dini xadimlərə ehtiyac var.  O qeyd edib ki, komitənin fəlaiyyətinin prioritet istiqamətlərindən biri dövlət siyasətini gündəmə gətirmək olacaq.

"Əsas istiqamət çoxminlik icmalara xidmət göstərməkdir. İkincisi, qanunvericiliklə əlaqədar adminstrativ və inzibati məsələləri həyata keçirmək prosesidir. Bu sahədə də bir çox hallarda narazılıq olurdu. İndi bu proseslərin hamısını onlayn yolla keçirəcəyik. İndi gərək dini icmalar öz üzərində çalışsınlar. Həm dini ədəbiyyatlarla, həm onların satışını həyata keçirən müəssisələrin qeydiyyatı ilə bağlı bütün məlumatları saytda tapmaq olacaq".

E.İskəndərov onu da qeyd edib ki, bu il Milli Toleranlıq Mərkəzi yaradılacaq. Ən azı 3 dinə mənsub icmaların ortaya qoyduqları birgə layihələr komitə tərəfindən dəstəklənəcək. Bunlar islam, xristianlıq və iudaizm dinləri arasında ortaya qoyulan sosial layihələr ola bilər.

Daha sonar jurnalistlərə açıqlamasında komitə sədri son vaxtlar Azərbaycanda dini icmaları siyasiləşdirmək cəhdlərinin olduğunu vurğulayıb.

Komitə sədri qeyd edib ki, son vaxtlar regionlarda baş verən insidentlərlə bağlı monitorinqlər aparılıb, dini icmaların özləri tərəfindən hansısa aksiyada iştirak halları müşahidə olunmayıb: “Amma müşahidə olunur ki, kimlərsə tərəfindən dini icmaları siyasi insidentlərə cəlb eləmək cəhdləri var, buna qarşı da müvafiq reaksiyalar olur”.

E.İskəndərov bildidb ki, dini icmalar özbaşına buraxılanda, onlara heç bir təsir göstərilməyəndə siyasiləşməyə getmək istəmirlər. Komitə sdəri deyib ki, dini qurumlara təsir məqsədilə aparılan fəaliyyət nəinki dini icmaların, dövlətçiliyimizin prinsipləri əleyhinədir.



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Elçin Ağayev

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!