Bakının Cavanşir küçəsində yerləşən Tağıyev adına kombinatın 4 saylı yataqxanasının sakinləri bu gün öz eyvanlarından qara bayraqlar asıblar. Bildirilir ki, qəzalı yataqxana binasında yaşayan 80 ailə həyatlarına təhlükə yarandığın bəyan edərək, bu yolla etiraz aksıyası keçiririlər.
Modern.az məsələyə aydınlıq gətirmək üçün Xətai rayon İcra Hakimiyyəti başçısının I müavini Zaməddin Əkbərovla əlaqə saxlayıb. Z.Əkbərov bildirib ki, bu məsələ ilə bağlı tək İcra Hakimiyyətinə yox, bütün rəhbər orqanlara müraciət daxil olub.
“Bu gün biz əraziyə getmişik. Bir-bir də baxıb, vəziyyəti öyrənirik. Hələ heç bir qərar qəbul olunmayıb ki, nə baş verə bilər”.