Modern.az

Bakıda korrupsiyaya qarşı xüsusi əməliyyat keçirilib, saxlanılan var

Bakıda korrupsiyaya qarşı xüsusi əməliyyat keçirilib, saxlanılan var

Təhsil

31 Yanvar 2013, 12:54

Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi Bakıda xüsusi əməliyyat keçirib. Bu barədə APA-ya hüquq-mühafizə orqanlarından məlumat verilib.

Məlumata görə, əməliyyat ötən gecə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon şöbəsində aparıb. Əməliyyat zamanı Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon şöbəsi rəisinin sürücüsü Vaqif Abdullayev saxlanıb. Onun nədə ittiham olunduğu açıqlanmır.

Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon şöbəsindən APA-ya V. Abdullayevin saxlanılması faktını təsdiqləsələr də, əlavə açıqlama verilməyib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!