Modern.az

Azərbaycanda jandarma qüvvələri yaradılır?

Azərbaycanda jandarma qüvvələri yaradılır?

Təhsil

31 Yanvar 2013, 14:11

Son günlər Azərbaycanda yeni qoşun növünün yaradılması ilə bağlı fikirlər səsləndirilir. Türkiyə təcrübəsinə uyğun olaraq Azərbaycanda da jandarma qüvvələrinin yaradılmasına yalnız Müdafiə Nazirliyi öz razılığını vermək istəmir.

Milli Məclisin Təhlükəsizlik və müdafiə Komitəsinin üzvü, deputat Zahid Oruc bildirdi ki, vaxtilə bu mövzuda ətrafda Türkiyə ilə danışıqlar söhbətlər var idi. Sonrakı dönəmdə bunu məhz hansı formada həyata keçirmək sarıdan müəyyənlik olmadığından elə danışıqlar öz yerindəcə qaldı.
“Bu məsələ son günlər informasiya məkanına çıxıb. Hər hansı rəsmi qərarın olması haqqında heç nə yoxdur. Yalnız bunu deyim ki, bu məsələnin gündəmə gəlməsinə səbəb, yalnız Türkiyə Jandarma Qüvvələrinin komandan müavinin Azərbaycanda olması olub. Dörd ölkənin hərbi birliyi yaradılması tədbirinə qatılıblar. Görünür, bu məsələ ilə bağlı Azərbaycanın müvafiq qurumları ilə müəyyən danışıqlar, razılaşmalar var. Amma nə parlamentdə, nə də Milli Məclisin yaz sessiyasında bununla bağlı hansısa layihələr və ya sənədlər müzakirə olunmur. Burada da birbaşa Müdafiə Nazirliyinin rolu ola bilməz. Söhbət jandarma qüvvələrinin yaradılmasından gedəcəksə, daxili qoşunlar ad etibarilə jandarma heyətinə çevrilə bilər”.

Deputat belə hesab edir ki, başlıca olaraq hansı ölkənin modelinin götürülməsi haqqında düşünməməliyik. Millət vəkilinin fikrincə, burada başlıca olaraq dövlətin ya yeni, ya da köhnədən mövcud olan qurumunda islahat edərək yeni bir sistemin formalaşmağından söhbət gedirsə, belə bir addımda dövlətin iradəsi başlıca, önəmli və birmənalıdır.    

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev isə jandarma qüvvələrinin yaradılması ilə bağlı onda belə bir məlumatın olmadığını deməklə kifayətləndi: “Bizdə belə bir məlumat yoxdur. Müdafiə Nazirliyi icraedici orqandır. Ona görə də bu barədə bir söz deyə bilmərəm”.

Gültəkin Ələsgər

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!