Modern.az

“İpoteka şərtlərinin dəyişdirilməsi Nazirlər Kabinetindən asılıdır” - DEPUTAT

“İpoteka şərtlərinin dəyişdirilməsi Nazirlər Kabinetindən asılıdır” - DEPUTAT

Təhsil

31 Yanvar 2013, 14:21

“İpoteka şərtlərinin yumşaldılması, faizlərin aşağı salınması barədə Milli Məclisdə xeyli müzakirələr aparılsa da, yenə də əsas proses Nazirlər Kabinetinin qərarından asılıdır”. Millət vəkili, iqtisadi siyasət komitəsinin üzvi Vahid Əhmədov Modern.az-a verdiyi bu açıqlama ilə bərabər bildirib ki, bununla bağlı parlamentə hələ heç bir sənəd daxil olmayıb.

 “İpoteka haqqında qanun layihəsi”ni biz 2006-cı ildə qəbul etmişik. O zaman qanunu qəbul edəndə müəyyən iradlarımız var idi ki, faiz dərəcəsi yüksəkdir, ilkin ödəniş böyük, məbləğ 50 min manata qədərdir ki, bu da azdır. İlkin ödəniş də 20% ilə 10 min manat edir. Faiz dərəcəsi əvvəl 6, sonradan 4-ə endirildi. Sosial ipotekadan söhbət gedirsə, 2013-cü ildə bu sahəyə dövlət büdcəsindən 40 mln. manat vəsait ayrılıb. Biz hesab edirik ilkin ödənişi də azaltmaq lazımdır. Çünki məbləğ çoxdur. Bunu 1500-2000 manat etmək, eləcə də faiz dərəcəsini 2%-ə çatdırmaq, məbləği 50 min yox, 70-100 min etmək lazımdır. Çünki evlərin də qiyməti artır. Biz əlbəttə məsələni qaldırmışıq. Mərkəzi Bankın İdarə Heyəti sədrinin verdiyi məlumata görə, onlar təkliflərlə Nazirlər Kabinetinə müraciət ediblər. Hazırda Nazirlər Kabinetində bu məsləyə baxılır. O qərardan sonra yalnız biz şərh verə bilərik. Bu cənab prezidentin səlahiyyətində olan məsələdir. Keçən dəfə onun qərarı ilə faiz dərəcəsini müəyyən qədər azaltdılar. Yenə də istədiyi vaxt o bunu edə bilər. Hökumət təklif verərsə, cənab prezident onu təsdiqləyəcək”, – deyə V. Əhmədov əlavə edib.

 

Şahanə Rəhimli

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!