Modern.az

Nazirlik döyüş bölgəsində xidmət edən zabitlərlə bağlı ittihamlara CAVAB verdi

Nazirlik döyüş bölgəsində xidmət edən zabitlərlə bağlı ittihamlara CAVAB verdi

Təhsil

31 Yanvar 2013, 14:37

Müdafiə Nazirliyinin mətbuat xidməti «Ehtiyatda və İstefada Olan Zabitlər» İctimai Birliyinin keçirdiyi mətbuat konfransında səsləndirilmiş fikirlərə  münasibət bildidib. Həmin tədbirdə bildirilmişdi ki, döyüş bölgəsində xidmət edən zabitlərin pul təminatı əsassız olaraq azaldılıb.

Müdafiə Nazirliyinin bu gün  yaydığı açıqlamada bu fikirlər təkzib olunub.

“Döyüş bölgəsində xidmət edən zabitlərin pul təminatının azaldılmasına dair səslənən fikirlər həqiqəti əks etdirmir və bir sıra hallarda şişirdilmiş «faktlarla» ictimai rəydə çaşqınlıq yaradır»-deyə nazirlikdən Modern.az-a verilən açıqlamada bildirilib..

Məlumatda qeyd olunub ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 iyun 1998-ci il tarixli qərarı ilə hərbi qulluqçuların vəzifə maaşları orta hesabla 3.5, hərbi rütbəyə görə maaşlar isə orta hesabla 2 dəfə artırılıb. Həmin qərarla da döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçuların vəzifə və rütbə maaşları ikiqat həcmdə ödənilməyə başlanılıb:

«Bildiririk ki, Nazirlər Kabinetinin bu qərarı təkcə Müdafiə Nazirliyinə deyil, həm də döyüş əməliyyatlarında iştirak etmiş digər güc strukturlarının hərbi qulluqçularına da şamil olunub. Müdafiə nazirinin müvafiq əmri də məhz Nazirlər Kabinetinin həmin qərarına əsaslanıb. Beləliklə, adı çəkilən normativ hüquqi aktların qəbul edilməsi nəticəsində döyüş bölgəsində xidmət edən hərbi qulluqçuların pul təminatı nəinki azalıb, əksinə orta hesabla 2.5 dəfə artıb. Bu səbəblərə görə də ictimai birliyin Müdafiə Nazirliyinə qarşı qaldırdığı iddialar məhkəmələr tərəfindən rədd edilib».

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!