Modern.az

Azay Quliyev: “Belə qəhrəmanlığı Əkrəm Əylisliyə heç yaraşdırmadım” - AÇIQLAMA

Azay Quliyev: “Belə qəhrəmanlığı Əkrəm Əylisliyə heç yaraşdırmadım” - AÇIQLAMA

Təhsil

31 Yanvar 2013, 17:24

Milli Məclisin deputatı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev yazıçı Əkrəm Əylislinin qalmaqallı "Daş yuxular" romanına münasibət bildirib.
Modern.az-ın məlumatına görə, Azay Quliyev romanla bağlı belə deyib:

”Əkrəm Əylislinin "Daş Yuxular" romanı haqqında oxuduğum qısa tezislər mənə Koroğlu adını almaq həvəsilə öz atasının gözünü çıxardanları xatırlatdı. Məlum olduğu kimi, camaat bu cür "qəhrəmanları" "Koroğlu" yox, "kor kişinin oğlu" deyə çağırdılar. Öz millətinin gözünü çıxartmağı və erməni qəhrəmanı olmağı xalq yazıçısı Əkrəm Əylisliyə heç yaraşdırmadım”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!