Maliyyə Nazirliyinin Modern.az-a verdiyi məlumata görə, Azərbaycan Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Fərmanı ilə yaradılmış Komissiyanın növbəti iclası keçirilib.
İclasda Müdafiə Nazirliyi tərəfindən komissiyaya təqdim edilən Silahlı Qüvvələrdə 20 təqvim ili tamam olmuş və qüsursuz xidmət etmiş və komissiyanın müvafiq qərarları ilə mənzil növbəsinə qəbul edilmiş 357 hərbi qulluqçudan ilkin mərhələdə 137 nəfərin Bakı və Xırdalan şəhərlərində yerləşən mənzillərlə təmin edilməsi barədə qərar qəbul edilib, onlara verilən mənzillərin bölgüsü aparılıb.
Beləliklə, Komissiya tərəfindən bu gün qəbul edilmiş qərarların icrası nəticəsində ümumilikdə mənzillə təmin olunan hərbi qulluqçuların sayı 187 nəfərə çatacaq.
Modern.az