Modern.az

“Binə” yenə yandı

“Binə” yenə yandı

3 Fevral 2013, 11:02

“Binə”də Ticarət Mərkəzində yanğın olub. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Bakı şəhəri, Qaradağ rayonunda vətəndaşa məxsus ümumi sahəsi 200 kv.m olan şüşə-alkopan  konstruksiyalardan ibarət paltar satışı mağazasının yanar konstruksiyaları içərisindəki mallar və yaxınlıqda dayanmış "VAZ" markalı minik avtomobilinin mühərrik hissəsi, "QAZEL" markalı yük avtomobilinin banı, "FORD" markalı mikroavtobusun mühərrik hissəsi yanıb.

Yanğın zamanı yüksək temperaturdan yaxınlıqdakı digər mağazanın şüşələri partlayıbr. Bitişik obyektlər yanğından mühafizə olunub.

Yanğın saat 00:57-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir