Modern.az

Bakıda Əkrəm Əylisliyə dəstək aksiyası keçirildi - FOTO

Bakıda Əkrəm Əylisliyə dəstək aksiyası keçirildi - FOTO

3 Fevral 2013, 18:52

Son günlər Azərbaycanda “Daş yuxular” adlı romanı ilə çoxsaylı kütlənin tənqid hədəfinə çevrilən Xalq yazıçısı Əkrəm Əylisli ilə bağlı Bakıda daha bir aksiya keçirilib. Modern.az-ın məlumatına görə, bu dəfə gənc yazarlar biraraya gələrək Əkrəm Əylisliyə dəstək olublar. Xalq yazıçısına dəstək aksiyasında bir neçə tanınmış gənc yazar iştirak edib. Əkrəm Əylisliyə qarşı təzyiqləri pisləyən yazarlar ona qarşı ittihamların əsassız olduğunu deyiblər.

Qeyd edək ki, Rusiyanın “Drujba narodov” jurnalında çap olunmuş azərbaycanlıların milli heysiyatını qıcıqlandıran “Daş yuxular” əsərinin müəllifi, Xalq yazıçısı Əkrəm Əylisli son günlər sərt təpkiylə qarşılaşıb. Ə.Əylisli həmin jurnala (1989) verdiyi müsahibəsində və 2001-də parlamentdə Qarabağla bağlı “ermənilərə barış mesajı” verən çıxışına görə də xalqın qınağına tuş gəlib.

 

 

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir