Modern.az

DİM-dən DSX-nın xüsusi məktəbilə bağlı MÜRACİƏT

DİM-dən DSX-nın xüsusi məktəbilə bağlı MÜRACİƏT

Təhsil

4 Aprel 2022, 09:31

Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı aprelin 10-da keçiriləcək.

 

Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) Modern.az-a verilən məlumatda bildirilib.

 

Bildirilib ki, şagirdlər və ya onların valideynləri “İmtahana buraxılış vərəqəsi” və “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni DİM-in internet saytından çap edə bilərlər.

 

Bəyannamə “İmtahana buraxılış vərəqəsi” ilə bir yerdə çap olunur və imtahan günü şagirdin valideyni (qanuni nümayəndəsi) tərəfindən imzalanır.

 

Buraxılış vərəqəsində imtahanın keçiriləcəyi şəhər (rayon), bina, zal, başlanma vaxtı və şagirdin imtahan binasına gəlmə vaxtı qeyd olunub.

 

Şagirdlər imtahana aşağıdakı sәnәdlәri gәtirmәlidirlər:

 

- şәxsiyyәt vәsiqәsini;

- tәhsil aldıqları tәhsil müәssisәsi tәrәfindәn verilәn arayışı (arayışa şagirdin 3x4 ölçülü şәkli yapışdırılır vә şәkil möhürlә tәsdiqlәnir);

- imtahana buraxılış vәrәqәsini;

- sağlamlıq haqqında bәyannamәni.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama