Azərbaycanda növbəti dəfə zəlzələ baş verib. AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən Modern.az-a verilən məlumata görə, zəlzələ Qəbələ şəhərində qeydə alınıb. İlkin məlumatlara əsasən yeraltı təkan yerli vaxtla 4 fevral saat 03:48:10-da, Qəbələ rayonundan 14 km cənubi-şərqdə hiss olunub. Hər hansı itki və təlafat qeydə alınmayıb.
Modern.az