Modern.az

Külək daha bir məktəbin damını uçurdu

Külək daha bir məktəbin damını uçurdu

Təhsil

4 Aprel 2022, 16:38

"Hava şəraitinin kəskin dəyişməsi və güclü külək nəticəsində paytaxtdakı 278 nömrəli tam orta məktəbin dam örtüyü zədələnib".

 

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.

 

Qeyd olunub ki, dam örtüyündə fəsadların yaranması barədə aidiyyəti qurumlara məlumat verilib: "Hava şəraiti imkan verən kimi küləyin törətdiyi fəsadların aradan qaldırılması təmin ediləcək. Hava şəraiti ilə əlaqədar paytaxtın digər məktəblərində hər hansı ciddi hadisə baş verməyib".

Məlumat üçün bildirək ki, 278 nömrəli tam orta məktəb sonuncu dəfə 2008-ci ildə təmir olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama