Modern.az

DİN: "Gəncəyə hələ polis rəisi təyin olunmayıb"

DİN: "Gəncəyə hələ polis rəisi təyin olunmayıb"

4 Fevral 2013, 11:55

“Gəncə şəhər Baş Polis İdarəsinə hələ yeni rəis təyin olunmayıb. Xəzər rayon Polis İdarəsi rəisinin Gəncəyə təyinatı barədə isə heç bir əmr yoxdur”.

Bu barədə Modern.az saytının sorğusuna cavabında Daxili İşlər Nazirliyinin  mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov deyib.
DİN rəsmisinin sözlərinə görə, Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyinatının nə zaman və kimin olacağı barədə məlumatsızdır.

Qeyd edək ki, Gəncə şəhər Baş Polis İdarəsinin sabiq rəisi general-mayor Rasim Musayev bir müddət öncə vəzifəsindən azad edilib. 
Nazirin əmri ilə o, DİN-in Daxili Tədqiqatlar İdarəsinin rəisi vəzifəsinə təyin olunub. R.Musayev bu vəzifədə polis polkovniki Möhübbət Hüseynovu əvəz edib. M.Hüseynov isə Lənkəran rayon Polis İdarəsinə rəis göndərilib. Lənkəran polis idarəsinin rəisi Elxan Əliyev isə sərəncama götürülüb.

Gültəkin Ələsgər

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir