Modern.az

Damı uçan məktəbdə tədris qismən bərpa olundu

Damı uçan məktəbdə tədris qismən bərpa olundu

5 Aprel 2022, 10:40

Ötən gün güclü külək nəticəsində dam örtüyü uçan Xırdalan şəhər 9 nömrəli tam orta məktəbdə tədris qismən bərpa olunub.

 

Modern.az xəbər verir ki, bu barədə "Report"a Abşeron Rayon Təhsil Şöbəsindən məlumat verilib.

 

Bildirilib ki, yaranmış vəziyyətlə əlaqədar məktəbdə tədris qismən bərpa olunub: "Bəzi siniflər isə müvəqqəti olaraq onlayn dərslərə cəlb olunublar".

 

Qeyd edək ki, dünən hadisə ilə əlaqədar tədris müvəqqəti dayandırılmışdı. Fəsad zamanı xəsarət alan olmayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama