Modern.az

İlqar Məmmədov həbs edildi

İlqar Məmmədov həbs edildi

4 Fevral 2013, 16:19

 

REAL hərəkatının sədri İlqar Məmmədov İsmayıllı hadisələri ilə bağlı yenidən Baş Prokurorluğa çağırılıb. Modern.az-ın məlumatına görə, İlqar Məmmədov hazırda  Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə dindirilir. Sosial şəbəkələrdə yayılan məlumatlara görə, ona qarşı insanları kütləvi iğtişaşlara təhrik etmə maddəsi ilə ittiham irəli sürülüb.

İlqar Məmmədov prokurorluqda vəkil Fuad Ağayevin onun hüquqlarını müdafiə etməsini tələb edib.

  Qeyd edək ki, bir neçə gün öncə REAL hərəkatının sədri İlqar Məmmədov İsmayıllı hadisələri ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılaraq dindirilmişdi.

 

***

REAL hərəkatının sədri İlqar Məmmədov İsmayıllı hadisələri ilə bağlı barəsində Cinayət Məcəlləsinin iki maddəsi ilə ittiham irəli sürülüb. (233- İctimai qaydanı pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə - və 315.2 – hakimiyyət nümayəndələrinin qanuni tələblərinə tabe olmamaq müqavimət göstərmək maddələri ilə).

***

Vəkil Fuad Ağayevin Modern.az-a verdiyi məlumata görə, İlqar Məmmədov hazırda Nəsimi rayon Məhkəməsindədir. F.Ağayevin sözlərinə görə, hələlik İlqar Məmmədovun məhkəmə prosesi başlamayıb.

"İlqar Məmmədovun məhkəməsi hələlik başlamayıb. Gözləyirik."

***

İlqar Məmmədov barəsində Cinayət Məcəlləsinin 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri  ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla Nəsimi rayon məhkəməsinin qərarı ilə iki ay azadlıqdan məhrum edilib.

 

Anar RÜSTƏMOV

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir