47 yaşlı namizəd xaricdə təhsil almaq üçün Təhsil Nazirliyinə müraciət edib.
Modern.az xəbər verir ki, bununla bağlı vətəndaşın müraciətini Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov "Təhsil masası"nda səsləndirib.
Nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Tural Əhmədov müraciətə cavab olaraq qeyd edib ki, dövlət hesabına xaricdə təhsil üçün yaşla bağlı məhdudiyyət yoxdur:
"Bunu daha dəqiq olaraq, alt sənədlər təsdiq edildikdən sonra biləcəyik".