Modern.az

Prezident pensiyalarla bağlı sərəncam imzaladı

Prezident pensiyalarla bağlı sərəncam imzaladı

4 Fevral 2013, 19:17

Azərbaycan prezidenti İlham Əliyev əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında sərəncam imzalayıb.
Modern.az Prezidentin rəsmi internet saytına istinadən xəbər verir ki, ölkə başçısının sərəncamı ilə Azərbaycan Respublikasında pensiyaçıların sosial müdafiəsini gücləndirmək məqsədilə bildirilib ki, 2012-ci il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq 2013-cü ilin 1 yanvar tarixinə bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılması təmin ediləcək.  


“Dövlət Sosial Müdafiə Fonduna tapşırılıb ki, 2012-ci il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq 2013-cü ilin 1 yanvar tarixinə bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılmasını təmin etsin, fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirsin"-deyə sərəncamda bildirilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir