Modern.az

Baş Prokurorluq İlqar Məmmədov və Tofiq Yaqublu ilə bağlı məlumat yaydı

Baş Prokurorluq İlqar Məmmədov və Tofiq Yaqublu ilə bağlı məlumat yaydı

4 Fevral 2013, 20:23

Baş Prokurorluq Müsavat başqanının müavini Tofiq Yaqublu və REAL hərəkatının rəhbəri İlqar Məmmədovun həbsi ilə bağlı rəsmi məlumat yayıb.

Qurumun mətbuat xidmətindən Modern.az-a verilən məlumatda bildirilir ki, qeyd edilən cinayət işi üzrə Yaqublu Tofiq Rəşid oğlu, Məmmədov İlqar Eldar oğlu, həmçinin İsmayıllı rayon sakinləri Abdullayev Mirkazım Mirəzim oğlu və İsmayıllı Elşən Səməd oğlu Cinayət Məcəlləsinin 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri  ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində Nəsimi rayon məhkəməsinin qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir