Modern.az

Qusarda məktəb yandı

Qusarda məktəb yandı

5 Fevral 2013, 09:50

Qusar rayonunda Təhsil Nazirliyinə məxsus məktəb binası yanın. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonun Hiloba kəndində (rayon mərkəzindən 35 km aralı) hal-hazırda fəaliyyət göstərməyən ümumi sahəsi 112 kv.m olan birmərtəbəli, 4 otaqlı məktəb binasının 2 sinif otağının yanar konstruksiyaları və içərisinə yığılmış istifadəyə yararsız inventarlar 88 kv.m sahədə yanıb.

Binanın qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 23:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir