Ən çox təhsil tələbə krediti Azərbaycan İqtisad Universitetinin tələbələrinə ayrılıb.
Modern.az xəbər verir ki, bu barədə Təhsil Tələbə Krediti Fondunun 2021-2022-ci tədris ilinin payız semestri üzrə hesabatında qeyd olunub.
Hesabata əsasən, 229 UNEC tələbəsinə ötən tədris ili müddətində təhsil krediti verilib.
Təhsil krediti alan tələbələrin sayına görə sonrakı sıraları Bakı Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti və Bakı Biznes Universiteti tutur.