Avropanın müxtəlif ölkələrində yaşayan 30-dan artıq siyasi mühacir və onların təmsil olunduğu qurumlar tərəfindən eks-spiker, Açıq Cəmiyyət Partiyasının (ACP) lideri Rəsul Quliyevin hüquqlarının Müdafiə Komitəsinin Avropa Bürosu təsis olunub. Bu münasibətlə Avropa Bürosunun təsisçiləri Müdafiə Komitəsinə və Azərbaycan ictimaiyyətinə müraciətlə məktub göndəriblər.
Bu barədə Modern.az-a Rəsul Quliyevin hüquqlarının Müdafiə Komitəsindən məlumat verilib.
Müraciət məktubunda deyilir ki, Avropa ölkələrində yasayan siyasi mühacirlər Azərbaycanda Resul Quliyevin Hüquqlarını Müdafiə Komitəsinin yaradilmasını alqişlayr. Onlar Rəsul Quliyevin xaricdə siyasi mühacirət həyatı yaşamağa məcbur edilməsinə, onun yeniden Vətənə geri dönüb siyasi proseslərdə istirak etməsinə, secib - secilmək kimi başlıca vətəndaslıq hüquqlarından məhrum edilməsinə maneçilikləri pisləyirlər.
Müdafiə Komitəsinin Avropa Bürosunun təsisçiləri belə hesab edirlər ki, “xalq arasında böyük dəstəyə malik olan Rəsul Quliyev kimi nüfuzlu bir siyasətçini saxta, uydurma bəhanələrlə siyasi proseslərden təcrid etmək, seçib - seçilmek kimi başlıca vətəndaslıq hüququndan məhrum etmək təkcə ona qarşı deyil, bütövlükdə onu dəstəkləyən çoxminli vətəndaşlara da qarşı böyük haqsızlıq və ədalətsizlikdir”.
Müraciətdə göstərilir ki, Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyevin istirakı olmadan Azərbaycanda keciriləçək qarşıdakı prezident seckilərini hec vəchlə demokratik, ədalətli hesab etmək olmaz, seçkinin nəticəsini legitim saymaq olmaz.
”Bütün bunlari əsas tutaraq biz, Avropa ölkələrində yasayan azərbaycanlı siyasi mühacirlərin aşağıda imza edən nümayəndələri Rəsul Quliyevin pozulan hüquqlarını müdafiə etmək məqsədi ilə Avropa Bürosunu təsis etdik”.
Daha sonra təsisçilər vurğulayırlar ki, bu Büronu yaratmaqda əsas məqsəd Avropada fəaliyyət göstərən beynəlxalq qurumların, Avropa ölkələrindəki ictimai-siyasi və insan haqlari təşkilatlarının, hakimiyyət dairələrinin nəzər - diqqətini Rəsul Quliyevin vətəndaş hüquqlarının Azərbaycan iqtidarı tərəfindən kobudcasına pozulmasına, onun sərbəst surətdə Vətənə geri dönüb qarşıdan gələn prezident seckilərində istirakının təmin olunmasına doğru yönəltməkdir.
Müraciəti Almaniyadan Ə.Siyablı, Y.Musayev, K.Həsənov, F.Hacıbəyli, H.Əsədov, M.Fərəcova, R.Ləmbəranski, İsveçdən R.Kərimov, F.Kərimli, R.Mahmudova, Norveçdən İ.Seyfullayev, D.Musayev, Belçikadan İ.Hüseynov, Avstriyadan H.Allahverdiyev, E.Rzayev, Hollandiyadan Ə.Həsənov, İ.Bağırov, A.Qəhrəmani, Ə.Qasımov, N.Cabbarov və başqaları – cəmi 34 nəfər siyasi mühacir imzalayıb.
Modern.az