“Hakimiyyət demokratik qüvvələrə meydan oxuyur”. Modern.az-ın məlumatına görə, bu sözləri bu gün Müsavat Partiyasının qərargahında İsmayılı hadisələrinə görə həbs olunan Tofiq Yaqublu və İlqar Məmmədovla bağlı mətbuat konfransı zamanı İctimai Palatanın Koordinasiya Şurasının üzvi, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn deyib.
“Mən İctimai Palatanın rəhbər şəxsi kimi İP-yə və digər demokratik dairələrə müraciət edəcəyəm ki, ümumxalq etirazları genişlənsin və bununla da onların azad olunması istiqamətində xalq öz iradəsini ortaya qoysun”.
Konfransda çıxış edən Hacı İlqar İbrahimli bildirib ki, yanvar ayı özünəməxsus keçib.
“İlqar Məmmədov dünya miqyasında tanınmış şəxsdir, qisas alırlar ondan. Dünya mətbuatında Azərbaycanda baş verən proseslər artıq gündəmdədir. İctimai rəy bu işin üstünə gedərsə, onları azad edərlər. İlqar Məmmədovun həbsi ilə onu göstərdilər ki, istədikləri şəxsi tuta bilərlər. Nə Avropa ilə əlaqəli adamların, nə Avropa Şurasının nümayəndələriini, nə də beynəlxalq diaspor təşkilatlarının nümayəndələrinin hakimiyyətin gözündə əhəmiyyəti var, istədikləri şəxsi tuta bilərlər, dəxli yoxdur hansı fəaliyyətlə məşğuldurlar”.
Aqşin Kərimov