Modern.az

Sabahın hava proqnozu verildi

Sabahın hava proqnozu verildi

5 Fevral 2013, 15:35

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 06-da hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir. Axşam bəzi yerlərdə duman olacaq.

Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun gecə 3-6, gündüz 7-10 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 0-5, yüksək dağlıq ərazilərdə 8-13 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti olacağı gözlənilir.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir