Modern.az

İcra başçısının I müavini Xətaidə evləri sökülən köçkünlərin məsələsindən danışdı

İcra başçısının I müavini Xətaidə evləri sökülən köçkünlərin məsələsindən danışdı

6 Fevral 2013, 19:27

Bəzi mətbuat orqanları Xətai rayonunundakı Xaqani Rüstəmov küçəsi 12/10 ünvanında yaşayan məcburi köçkünlərlə bağlı mübahisəli məsələ barədə məlumat yayıb. Bildirilir ki, Ağdam və Füzuli rayonundan olan bir qrup məcburi köçkün məskunlaşdıqları evləri itirmək təhlükəsi qarşısındadır. O da qeyd olunur ki, onlara heç bir sənəd təqdim etməyən, adlarını belə, bilmədikləri şəxslər xəbərdarlıq etmədən yaşadıqları evləri sökürlər.

Məsələyə aydınlıq gətirmək üçün Modern.az Xətai rayon İcra Hakimiyyəti başçısının I müavini Zaməddin Əkbərovla əlaqə saxlayıb. Z.Əkbərov deyilənləri təkzib edərək bildirib ki, dövlət həmin köçkünlərə mənzil verir və buna görə onlar ərazidən köçürülür. “Kim bu yalan məlumatları yayır bilmirəm, amma izacəsiz ev sökmək barədə xəbər həqiqətdən uzaqdır”.

Z.Əkbərovu sözlərinə görə, bu gün 5 ailə həmin ünvandan köçürülüb, hər birinə Binəqədi rayonunda mənzil verilib. Əşyaları da hökumətin ayırdığı maşınla yeni mənzillərinə daşınıb. Hətta həmin sakinlər bizə öz minnətdarlıqlarını bildiriblər”.   Bundan sonra neçə ailənin köçürüləcəyi barədə məlumatsız olan icra başçının I müavini qeyd edib ki, məcburi köçkünlər indiyi kimi burada taxta artırmadan düzəldilmiş evdə yaşayırdılar, amma indi gedib 7 mərtəbəli binada yaşayacaqlar.

Sevinc İltifatqızı
 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir