Təhsil naziri Emin Əmrullayev Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub.
Modern.az xəbər verir ki, nazir universitetin rektoru, professor Ədalət Muradovla birlikdə öncə şəhidlərin Memorial-Xatirə Kompleksini ziyarət edib.
Səfər çərçivəsinsə Emin Əmrullayevə UNEC-in 7/24 kitabxanası, Ekstern Mərkəzi, 1 saylı kitabxana, hibrid auditoruya barədə ətraflı məlumat verilib, yeni yaradılmış muzeyinin də açılışı olub.
Daha sonra nazir Bloomberg laboratoriyasının açılışına qatılıb. Ölkəmizdə ilk dəfə olaraq UNEC-də fəaliyyətə başlayan Bloomberg Maliyyə Laboratoriyası "Bloomberg" şirkəti tərəfindən təklif olunan başlıca professional xidmət hesap olunur. 12 Bloomberg terminalından ibarət bu laboratoriya UNEC-i bu sahədə dünyanın qabaqcıl universitetləri ilə eyni imkana malik olmasına və universitetdə keyfiyyətli araştırma mühitinin yaradılmasına imkan verir.
Həmçinin Bloomberg Terminalı hər bir bazarda real vaxt məlumatlarını, son xəbərləri, dərin araşdırmaları, güclü analitikləri, ünsiyyət vasitələrini və dünya səviyyəli icra imkanlarını bir araya gətirir.
Açılışdan sonra nazir UNEC tələbələri və gənc müəllimlərlə görüşüb.