Modern.az

Bağçalara qəbul elektron qaydada aparılacaq - RƏSMİ

Bağçalara qəbul elektron qaydada aparılacaq - RƏSMİ

Təhsil

14 Aprel 2022, 11:08

Məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbul prosesi "Məktəbəqədər təhsil" haqqında qanun çərçivəsində tənzimlənir.

 

Modern.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Elnur Əliyev "Təhsil masası"nda deyib.

 

O bildirib ki, məktəbəqədər təhsil müəssisələrinə qəbul hər il tədris ilinin əvvəlində aparılsa da, qanuna görə il boyu bağçalarda boş yer varsa, valideynlər istənilən vaxt qeydiyyatdan keçib həmin müəssisələrə uşaqlarını qeydiyyata aldıra bilərlər:

 

“Ölkə rəhbərliyinin sərəncamı ilə məktəbəqədər təhsil müəssisələri Təhsil Nazirliyinin sərəncamına verilib. Bu imkan verəcək ki, bütün məktəbəqədər təhsil müəssisələrində uşaqların qəbulu prosesi vahid qayda və prosedurla həyata keçirilsin.

 

Bildiyiniz kimi, artıq birinci sinifə qəbul qaydaları elektron platforma əsasında aparılır. Hazırda qarşımızda olan məsələlərdən biri də 2022-ci tədris ili başlayana qədər məktəbəqədər təhsil müəssisələrində də qəbulu elektron sistemlə həyata keçirməkdir”.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi