Modern.az

Müəllimlərin iş yerinin qarşılıqlı dəyişməsinə BAŞLANILIR

Müəllimlərin iş yerinin qarşılıqlı dəyişməsinə BAŞLANILIR

Təhsil

15 Aprel 2022, 15:37

Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi müsabiqəsi həyata keçiriləcək.

 

Modern.az xəbər verir ki, müsabiqəyə növbəti həftə ərzində start verilməsi planlaşdırılır.

 

Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi müsabiqəsində dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə əsasında müəllim olaraq çalışan və əsas iş yeri üzrə minimum 5 saat dərs yükünə sahib olan şəxslər iştirak edə bilərlər.

 

Qeyd edək ki, hazırlanmış proqram təminatı vasitəsi ilə qarşılıqlı yerdəyişmə etmək istəyən şəxslərə tamamilə elektron şəkildə müraciət və yerdəyişmə etmək imkanı yaradılıb.

Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır