Modern.az

“Əkrəm Əylisli də gərək efirə çıxmayaydı”

“Əkrəm Əylisli də gərək efirə çıxmayaydı”

8 Fevral 2013, 12:57

“Mən Əkrəm Əylisli ilə bağlı debata çağırılmışam. Amma getməmişəm” Bunu Modern.az-a açıqlamasında yazıçı Şərif Ağayav bildirib. Əkrəm Əylislinin “Daş yuxular” əsəri ilə bağlı dəfələrlə mətbuata açıqlama verdiyini bildirən Ş.Ağayar İctimai kanalda baş tutan debatda haqsızlığın olduğunu deyib:

“Məni dəvət elədilər, getmədim. Bu haqda mən onlara da dedim ki, mən vəkil deyiləm. Yetərincə bu mövzu ilə bağlı fikrimi bildirmişəm. Məncə buna ehtiyac yox idi. Həmin debatda aparıcı qarşı tərəfdə əyləşən insanlara daha çox söz verirdi. Mənə elə gəlir ki, Əkrəm Əylisli də debata heç getməməliydi. Aparıcı Anar Yusifoğlu da müzakirələrdə tərəfsiz qala bilmirdi”, – deyə yazar bildirib.

Əkrəm Əylislinin “Daş Yuxular” əsərinin İTV-də müzakirəyə çıxarıldığı debatın aparıcısı Anar Yusifoğlu məsələ ilə bağlı münasibət bildirəcəklərini deyib.

A.RÜSTƏMOV

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular