Bu gün Bakı Apellyasiya Məhkəməsində “REAL” hərəkatının həbsdə olan sədri İlqar Məmmədovun barəsində seçilmiş qətimkan tədbirinin ləğvi haqqında şikayəti ilə məhkəmə keçirilib. Modern.az-a məlumat verən REAL Hərəkatının Məclis sədri Erkin Qədirli bildirib ki, İlqar Məmmədovun apellyasiya şikayəti təmin olunmayıb.
Qeyd edək ki, “REAL” hərəkatının sədri İlqar Məmmədov və Müsavat Partiyası başqanının müavini Tofiq Yaqubluya qarşı Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə və ya müqavimət göstərmə) maddəsi ilə ittiham irəli sürülüb. Məhkəmə T. Yaqublu və İ. Məmmədov barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçib.
Sevinc İltifatqızı