Müəllimlərin işə qəbulu ilə bağlı keçirilmiş əvvəlki imtahanların sualları müəllimlərə təqdim edilə bilər.
Modern.az xəbər verir ki, bunu Təhsil İnstitunun Təhsil İşçilərinin Peşəkar İnkişafı Mərkəzinin (TİPİM) sədri Nəzakət Mehdiyeva “Təhsil masası”nda deyib.
“Əvvəlki illərin şəbəkəsindən çıxarılmış test tapşırıqlarını namizədlərə təqdim etməyə çalışırıq. Bununla bağlı hazırlıqlar aparılır. Məqsədimiz müəllimliyə namizədlərin nümunələrə baxıb, sualların mahiyyətini anlaya bilməyidir", - deyə qurum rəsmisi bildirib.