Modern.az

Yayda keçiriləcək MİQ imtahanlarında yeniliklər BUNLARDIR

Yayda keçiriləcək MİQ imtahanlarında yeniliklər BUNLARDIR

Təhsil

21 Aprel 2022, 12:06

Yay aylarında keçiriləcək müəllimlərin işə qəbul imtahanlarında tətbiq olunacaq yeniliklər açıqlanıb. 

 

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, işə qəbul müsabiqəsinin test imtahanı mərhələsində imtahan vaxtı 90 dəqiqədən 120 dəqiqəyə qədər artırılır. Bu mərhələdə 100 ballıq qiymətləndirmə tətbiq ediləcək.

 

Sualların sayı ötən illərdə olduğu kimi 60 olmaqla, ixtisas üzrə 40 sualın hər biri 2 balla, tədris metodikası və təlim strategiyaları üzrə 20 sualın  hər biri isə 1 balla dəyərləndiriləcək. 4 səhv cavaba görə 1 düzgün cavab silinəcək.

 

Bundan əlavə, yayda keçiriləcək imtahanlardan sonra vakant yer seçmə mərhələsində əvvəlcə MİQ üzrə müsabiqənin minimum tələbini ödəyən şəhid ailəsi üzvlərinə imkan veriləcək.

 

MİQ imtahanları ilə bağlı daha bir yenilik isə yerdəyişmə prosesi haqqındadır. Belə ki, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə yerdəyişmə yalnız müəllimlərin işə qəbulu müsabiqəsi vasitəsilə həyata keçiriləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər