Modern.az

Nazirliyin İctimai Şurası təhsil jurnalistləri ilə görüşdü - FOTOLAR

Nazirliyin İctimai Şurası təhsil jurnalistləri ilə görüşdü - FOTOLAR

Təhsil

25 Aprel 2022, 17:58

Aprelin 25-də AzEdu təhsil portalının təşkilatçılığı ilə Təhsil Nazirliyi yanında İctimai Şura  ilə  Təhsil Jurnalistləri Birliyi arasında görüş keçirilib.

 

Modern.az xəbər verir ki, görüşdə İctimai Şuranın sədri Günel Səfərova, şuranın üzvü, deputat Etibar Əliyev, AzEdu təhsil portalının direktoru Elşad Eyvazlı, şuranın üzvləri Məleykə Əlizadə, Gülməmməd Məmmədov, Pərvanə Məmmədova, Rüfət Əsədzadə  və Təhsil Jurnalistləri Birliyinin üzvləri iştirak edib.

 

Giriş nitqi ilə söz başlayan İctimai Şuranın sədri Günel Səfərova şuranın yeni tərkibdə olan üzvləri ilə fəaliyyətə başladığı tarixdən görülən işlərə aydınlıq gətirib.

 

O, qeyd edib ki, dekabr ayından fəaliyyətini yeniləyən İctimai Şura təlim-tərbiyə, məktəb, müəllim və valideyn münasibətlərinin tənzimlənməsi istiqamətində Təhsil Nazirliyi ilə bərabər müzakirələr apardığını və müxtəlif tədbirlərin həyata keçirildiyini vurğulayıb.

 

O, jurnalistlərin fəaliyyət və işıqlandırdığı problemlərin təhsil ictimaiyyəti üçün vacib olduğunu qeyd edib və bu istiqamətdə Medianın İnkişafı Agentliyi ilə təhsil jurnalistləri arasında əlaqlərin inkişafı üçün vacib tədbirlərin görülməli olduğunu vurğulayıb.

 

Həmçinin, bu zaman dilimində Təhsil İnstitutu, müxtəlif QHT-lər ilə təhsilin inkişafı üçün  vacib müzakirə və tədbirlərin həyata keçirildiyini də diqqətə çatdırıb.

 

Milli Məclisin deputatı, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Etibar Əliyev bu sektorda  olan problemlərin həllinin tapılmasında jurnalistlərin rolunu vurğulayaraq, onların hazırladıqları material və digər xəbərlərin vacibliyini qeyd edib.

 

AzEdu təhsil portalının direktoru Elşad Eyvazlı İctimai Şura üzvləri üzvləri ilə jurnalistlər arasında müzakirələrin aparılmasının davamlı və vacib olmasını diqqətə çatdırıb.

 

Sonra jurnalistlər müxtəlif təkliflərini İctimai Şura üzvlərinə ünvanlayıb.

 

Bu təkliflər arasında təhsil sektorunda müəllim, şagird və valideynlərin qarşılaşdığı problemlər yer alıb. Həmçinin, təhsilin ali və peşə istiqamətində şəxslərin hansı çətin məqamlarla qarşılaşması kimi məsələlər də təkliflər sırasında yer tapıb.

 

Jurnalistlər bu kimi təklifləri İctimai Şuraya çatdıraraq onların həlli istiqamətində addımların atılması üçün vacib məsələlərlə çıxış ediblər.

 

İctimai Şura isə öz növbəsində jurnalistlərin təkliflərini Təhsil Naizrliyinə çatdıracaqlarını və bu tipdə olan görüşlərin davamlı olacağını söyləyib.

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal