Modern.az

Müəlliminin evində dərs keçən şagirdlərə məktəb tikiləcək

Müəlliminin evində dərs keçən şagirdlərə məktəb tikiləcək

Təhsil

26 Aprel 2022, 10:40

Təhsil Nazirliyi bir müddət əvvəl Cəlilabad rayon Musalı kənd orta məktəbinin müəlliminin evində bir qrup şagirdə dərs keçməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

 

Modern.az xəbər verir ki, Nazirlikdən Apa-ya bildirilib ki, 2022-ci ilin Azərbaycan Respublikasının Dövlət İnvestisiya Proqramında Cəlilabad rayon Musalı kənd tam orta məktəbin layihə-smeta sənədlərin hazırlanması nəzərdə tutulub.

 

Qeyd edək ki, hazırda məktəbin 5-11-ci sinif şagirdləri qonşu Zəhmətabad kənd orta məktəbində tədrisini davam etdirirlər. Məktəb binası 1969-cu ildə tikilib və bu vaxta qədər əsas təmir işləri aparılmayıb.

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal