Goranboy rayonunun Səfikürd kənd orta məktəbinin direktoru Lamiyə Abışovanın məktəblini geyimə görə təhqir etməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirilib.
Modern.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Goranboy Rayon Təhsil Şöbəsindən bildiriblər ki, vətəndaşın müraciəti ilə bağlı məktəb direktorundan izahat alınıb:
"Direktorun izahatında bildirilir ki, şagirdə qarşı hər hansı təhqiredici ifadə işlədilməyib. Sadəcə şagirdin məktəbə məktəbli geyimində gəlməli olduğu bildirilib".
Qeyd edək ki, Goranboy rayon Səfikürd kənd orta məktəbinin VI sinif şagirdi dərsə məktəbli formasında gəlmədiyi üçün direktor onu evinə göndərib. Valideyni isə direktorun şagirdi təhqir etdiyini iddia edib.