Modern.az

Azərbaycanlı tələbə ABŞ-da 122 min dollarlıq təqaüd qazandı

Azərbaycanlı tələbə ABŞ-da 122 min dollarlıq təqaüd qazandı

Təhsil

28 Aprel 2022, 12:32

Bakı Ali Neft Məktəbinin V kurs tələbəsi yüksək təqaüdlə Yuta Universitetinə qəbul olub.

 

Modern.az Azərbaycan Universitetləri səhifəsinə istinadən xəbər verir ki, Xaqan Kərimov 122, 320 dollar məbləğində illik təqaüd qazanaraq ABŞ-ın nüfuzlu Yuta Universitetinin birbaşa doktorantura pilləsinə qəbul olub.

 

Xaqan Kərimov ABŞ-da kibertəhlükəsizlik üzrə təhsil alacaq. O, 2017-ci ildə 695 bala BANM-a qəbul olub. Prezident təqaüdçüsü idi.

 

Xaqan tələbə vaxtı İrlandiyanın “Cyrex” şirkətində Sızma/nüfuzetmə mütəxəssisi (Penetration tester) vəzifəsində çalışıb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi